Azərbaycan prezidenti monteneqrolu həmkarı ilə görüşüb - YENİLƏNİB

Azərbaycan prezidenti monteneqrolu həmkarı ilə görüşüb - <span style="color: red;">YENİLƏNİB
# 16 mart 2017 15:24 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Monteneqro Respublikasının prezidenti Filip Vuyanoviç ilə görüşüb.

APA-nın məlumatına görə, V Qlobal Bakı Forumunun artıq böyük beynəlxalq tədbirə çevrildiyini vurğulayan prezident İlham Əliyev Forumda iştirakına görə Filip Vuyanoviçə minnətdarlığını ifadə edib, görüşün, eyni zamanda, ikitərəfli münasibətlərimiz ətrafında fikir mübadiləsinin aparılması üçün yaxşı fürsət olduğunu bildirib.

Dövlət başçısı Azərbaycan ilə Monteneqro arasında əlaqələrin çox uğurla inkişaf etdiyini deyib, əməkdaşlığımızın razılıq doğurduğunu qeyd edib.

V Qlobal Bakı Forumuna dəvətə görə minnətdarlığını bildirən Monteneqro prezidenti F. Vuyanoviç prezident İ. Əliyevlə görüşündən məmnunluğunu bildirib. Açılış mərasimində söylədiyi nitq münasibətilə dövlət başçısını təbrik edən F. Vuyanoviç prezident İ. Əliyevin daxili və regional vəziyyətlə bağlı səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayıb. İkitərəfli əlaqələrimizin səviyyəsindən razılığını ifadə edən F. Vuyanoviç prezident İ. Əliyevin Azərbaycan-Monteneqro əlaqələrinin inkişafına verdiyi töhfəni çox yüksək qiymətləndirdiklərini vurğulayıb, ölkələrimiz arasında bu cür yaxın, uğurlu və dost münasibətlərin olmasında prezident İ. Əliyevin verdiyi dəstəyin vacibliyini qeyd edib.

Görüşdə iki ölkə arasında enerji, ticarət və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

*** 17.19

Azərbaycan prezidenti İlham Əliyev Monteneqro Respublikasının prezidenti Filip Vuyanoviç ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR