Azərbaycan prezidenti irlandiyalı həmkarını təbrik edib

Azərbaycan prezidenti irlandiyalı həmkarını təbrik edib
# 16 mart 2017 14:51 (UTC +04:00)

Azərbaycan prezidenti irlandiyalı həmkarı Maykl Higginsi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, İrlandiyanın milli bayramı – Müqəddəs Patrik Günü münasibətilə sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Belə bir əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR