Mobil operatorlar ilin əvvəlindən 125,5 mln. manat gəlir əldə edib

Mobil operatorlar ilin əvvəlindən 125,5 mln. manat gəlir əldə edib
# 16 mart 2017 15:07 (UTC +04:00)

Cari ilin yanvar-fevral ayları ərzində informasiya və rabitə müəssisələri 257,6 mln. manatlıq xidmət göstərib ki, onun da 71,2%-i əhali tərəfindən istehlak olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 2,4% artıb, bu sahədə əldə edilmiş gəlirin 80,4%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 48,7%-i və ya 125,5 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR