Azərbaycanın xarici ticarət əməliyyatlarında 682 mln. dollarlıq müsbət saldo yaranıb

Azərbaycanın xarici ticarət əməliyyatlarında 682 mln. dollarlıq müsbət saldo yaranıb
# 16 mart 2017 15:09 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 2 mlrd. 625 mln. 946,68 min ABŞ dolları təşkil edib.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 20,1% çoxdur.

Bu ilin iki ayı ərzində idxal əməliyyatlarının həcmi 971 mln. 970,54 min dollar olub ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 0,44% azdır.

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 1 mlrd. 653 mln. 976,14 min dollar olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 36,64% çoxdur.

Nəticədə 682 mln. 5,60 min dollar məbləğində müsbət saldo yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR