Elmar Məmmədyarov İtaliyanın sabiq XİN rəhbərini qəbul edib

Elmar Məmmədyarov İtaliyanın sabiq XİN rəhbərini qəbul edib
# 16 mart 2017 15:32 (UTC +04:00)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini ilə görüşüb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə 2017-ci ildə Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu xatırlanaraq, bu illər ərzində iki dövlət arasında əməkdaşlığın müxtəlif sahələrində yüksək səviyyəli münasibətlər qurulduğu vurğulanıb.

Xüsusilə iqtisadi sahədə əməkdaşlıqdan bəhs edilərək, bu xüsusda TAP layihəsinin regional əhəmiyyətinə toxunulub, həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin cari durumu və perspektivlər barəsində fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı maraq doğuran regional və qlobal məsələlərə dair müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR