Əfv olunanlar arasında bir sıra tanınmış var

Əfv olunanlar arasında bir sıra tanınmış var
# 16 mart 2017 15:41 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin əfv etdiyi şəxslər arasında bir sıra tanınmışların adları var.

APA-nın məlumatına görə, əfv olunanlardan - Rüfət və Rövşən Zahidovlar hazırda Fransada yaşayan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qohumlarıdır.

Digər əfv olunanlar Elvin Abdullayev və Əbdül Əbilov “NİDA”çı, Nazim Ağabəyov isə bloger Emin Millinin qaynıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR