Avropa Liqasının ilk 1/4 finalçıları müəyyənləşib

Avropa Liqasının ilk 1/4 finalçıları müəyyənləşib
# 16 mart 2017 21:57 (UTC +04:00)

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

APA-nın xəbərinə görə, Türkiyənin “Beşiktaş” klubu Yunanıstanın “Olimpiakos” komandasına 4:1 hesabla qalib gələrək, ¼ finala vəsiqə qazanıb.

“Selta” (İspaniya) səfərdə Rusiyanın “Krasnodar” klubuna 2:0 hesabı ilə qalib gələrək ¼ finala yüksəlib.

Səfərdə rəqibini 5:2 hesabı ilə darmadağın edən “Genk” öz meydanında “Gent”i məğlub edə bilməyib. “Genk” 1:1 hesablı bərabərliklə növbəti mərhələyə vəsiqə qazanıb.

UEFA Avropa Liqası

1/8 final, cavab görüşləri

16 mart

“Beşiktaş” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan) - 4:1

Qollar: Abubakar, 10, Babel, 22, 75, Cenk, 84 - Elyunussi, 31

İlk oyun - 1:1

“Krasnodar” (Rusiya) – “Selta” (İspaniya) - 0:2

Qollar: Mallo, 52, Aspas, 80

İlk oyun - 1:2

“Genk” (Belçika) – “Gent” (Belçika) - 1:1

Qol: Kastanye, 20 - Verstraet, 84

İlk oyun - 5:2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR