Peruda daşqınlar nəticəsində 50 nəfər ölüb

Peruda daşqınlar nəticəsində 50 nəfər ölüb
# 16 mart 2017 23:17 (UTC +04:00)

Peruda güclü daşqınlar nəticəsində azı 50 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təbii fəlakət ölkənin 25 regionundan 20-ni əhatə edib, 70 nəfər xəsarət alıb, 11 nəfər isə itkin düşüb. Daşqınlar nəticəsində 56 min perulu əmlakını itirib, ümumilikdə isə 546 min nəfər zərər çəkib.

Paytaxt Limada tədris dayandırılıb. Yüksək rütubət Piura bölgəsində “Denge” qızdırmasının epidemiyasına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR