ABŞ-da erməni əsilli bank işçisi 1,66 mln. dolları “yumaqda” təqsirli bilinib

ABŞ-da erməni əsilli bank işçisi 1,66 mln. dolları “yumaqda” təqsirli bilinib
# 17 mart 2017 00:05 (UTC +04:00)

ABŞ-da federal məhkəmə “Wells Fargo” bank təşkilatının erməni əsilli meneceri Albert Yaqubyanı 1,66 mln. dollar vəsaitin “yuyulması”nda təqsirli bilib.

APA-nın xəbərinə görə, bu barədə “Los Angeles Times” ABŞ Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Hökmün mayın 22-də elan ediləcəyi bildirilir.

İttihama əsasən, Albert Yaqubyan iki il ərzində Qlendeylin iki sakini Artaşes Darbinyan və Orbel Akopyanla sövdələşməyə girərək, pul vəsaitlərini bank vasitəsilə “yumağa” kömək edib. Dələduzlar əldə etdikləri vəsaitlərin bir hissəsini qızıl sikkələrə yatırıblar.

Artaşes Darbinyan və Orbel Akopyanın bundan əvvəl dələduzluğa görə bir neçə dəfə məhkum olunublar.

İş üzrə məhkəmə prosesinin bu ilin sentyabrında başlayacağı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR