Ukrayna Krıma səfər etdiyinə görə Tanzaniya gəmisini müsadirə edib

Ukrayna Krıma səfər etdiyinə görə Tanzaniya gəmisini müsadirə edib
# 17 mart 2017 04:59 (UTC +04:00)

Odessa məhkəməsi Krıma səfər etdiyinə görə saxlanılan Tanzaniya gəmisinin müsadirə edilməsinə dair qərar verib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Cənub regionu üzrə hərbi prokurorluğunun saytında dərc edilmiş məlumatda bildirilir.

Tanzaniya bayrağı altında üzən və Krımdan Ukrayna gömrük nəzarətindən yayınaraq göyərtəsinə 3 min tondan çox texniki sodanı götürmüş “Sky Moon” yük gəmisi noyabrın 30-da Ukrayna sərhədçiləri tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR