Azərbaycanda xam neftin istehsalı 7% azalıb

Azərbaycanda xam neftin istehsalı 7% azalıb
# 17 mart 2017 06:45 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 4,7 mlrd manat olmaqla əvvəlki ilin yanvar-fevral aylarına nisbətən 5% azalıb.


Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 6,3 mln ton, əmtəəlik təbii qazın hasilatı isə 3,3 mlrd kubmetr təşkil edib.

Bu ilin 2 ayı ərzində ölkədə 6 mln 353,4 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, 2016-cı ilin yanvar-fevral aylarına nisbətən 7,4% azdır. Nəticədə bu ilin martın 1-nə 635,3 min ton hazır məhsul ehtiyatı yaranıb. Bunun 6 mln 345,9 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 7,3% azdır.

Bu ilin yanvar-fevral ayları ərzində ölkədə 4 mlrd 737,4 mln kubmetr təbii qaz istehsal olunub. Bu, 2016-cı ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə 3% azdır. Nəticədə bu ilin martın 1-nə 2 mln 549,2 min kubmetr hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR