İlin əvvəlindən ictimai iaşə dövriyyəsi 177,5 mln manat təşkil edib

İlin əvvəlindən ictimai iaşə dövriyyəsi 177,5 mln manat təşkil edib
# 17 mart 2017 06:37 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda ictimai iaşə dövriyyəsi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 0,4% artaraq 177,5 mln. manat olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 40,4%-i hüquqi şəxs statuslu müəssisələrin, 59,6%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2016-cı ilin eyni dövrü ilə müqayisədə 0,3% azalaraq 70,7 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR