Bu gün Ağcabədi rayonu, Hindarx qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 32 m2 olan taxta çay evinin dam örtüyü 20 m2 sahədə yanıb.
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.