80 yaşlı məhkum əfv sərəncamı ilə azadlığa çıxıb

80 yaşlı məhkum əfv sərəncamı ilə azadlığa çıxıb
# 17 mart 2017 07:50 (UTC +04:00)

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə həbsdən buraxılanlar arasında İsmayıllı hadisələrinə görə tutulan şəxs də var.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, əfv sərəncamı Penitensiar Xidmətin Şəkidə yerləşən Cəzaçəkmə Müəssisəsində 14 məhkuma şamil edilib. Onlardan 1989-cu il təvəllüdlü Cəfərov Cəfər Pənah oğlu İsmayıllı hadisələrinə görə məhkum olunub.

Əfv olunanlardan daha bir məhkumun isə 80 yaşı var. 1937-ci il təvəllüdlü Məmmədov Məmmədiyə Seyid oğlu qətldə təqsirləndirilərək Şəki Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 23 may tarixli hökmü ilə məhkum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR