Azərbaycanda istehlak bazarı artıb

Azərbaycanda istehlak bazarı artıb
# 17 mart 2017 07:50 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 6,3 mlrd. manat olmaqla 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,5% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-fevral aylarının səviyyəsini real ifadədə 0,9% üstələyib, 51,2%-i fərdi sahibkarların fəaliyyəti sayəsində yaranıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 325,8 manatlıq və ya 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 35,9 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR