Albaniya prezidenti: “Cənub Qaz Dəhlizi bütün Avropa üçün əhəmiyyətli layihə olacaq”

Albaniya prezidenti: “Cənub Qaz Dəhlizi bütün Avropa üçün əhəmiyyətli layihə olacaq”
# 17 mart 2017 08:12 (UTC +04:00)

“Azərbaycan və Albaniyanı Cənub Qaz Dəhlizi layihəsinə görə birləşdirən çox güclü bağlar var”.

APA-nın məlumatına görə, bunu Albaniya prezidenti Buyar Nişani Azərbaycan Dövlət Dillər Universitetinin tələbə-müəllim heyəti qarşısında çıxışı zamanı deyib.

“Azərbaycanı, Türkiyəni, Albaniyanı və İtaliyanı Transadriatik qaz xətti birləşdirir. Mən bölgə ölkələrini dəfələrlə bu layihənin bir hissəsi olmağa çağırmışam. Makedoniya, Monteneqro, Bosniya, Xorvatiya və Serbiya rəhbərliyinə demişəm. Mən tamamilə əminəm ki, bu layihə təkcə Avropanın cənubu üçün yox, bütün Avropa üçün əhəmiyyətli layihə olacaq. Dünya enerji daşıyıcılar mənbələrinin şaxələndirilməsi problemi ilə üzləşib. Avropada istisna deyil. Şaxələndirmə təhlükəsizlik deməkdir. Təhlükəsizlik isə sabitlik. Azərbaycanın böyük potensialı var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR