13 saylı Cəzaçəkmə Müəssisəsindən 40 məhkum azadlığa buraxılıb

13 saylı Cəzaçəkmə Müəssisəsindən 40 məhkum azadlığa buraxılıb
# 17 mart 2017 08:18 (UTC +04:00)

Azərbaycan prezidentinin dünən imzaladığı əfv sərəncamı 13 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub. APA-nın məlumatına görə, sərəncam həmin müəssisədə cəza çəkən 40 məhkuma şamil edilib.

Azadlığa buraxılan şəxslərdən biri Nigeriya, 3 nəfəri Pakistan vətəndaşıdır.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təşkilat Nəzarət İdarəsinin rəisi, ədliyyə polkovniki Musa Hümbətov bildirib ki, əfv sərəncamı ilə 412 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 2 nəfərin isə cəzası azaldılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR