Milli Məclis hökumətin hesabatını qəbul edib - YENİLƏNİB

Milli Məclis hökumətin hesabatını qəbul edib - <span style="color: red;">YENİLƏNİB
# 17 mart 2017 14:59 (UTC +04:00)

Azərbaycan Nazirlər Kabinetinin 2016-cı il üzrə fəaliyyəti haqqında hesabat Milli Məclis tərəfindən qəbul olunub.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında baş nazir Artur Rəsizadə tərəfindən təqdim olunan hesabat müzakirəyə çıxarılıb.

Spiker Oqtay Əsədov deyib ki, müzakiərlərdə ümumilikdə 28 deputat çıxış edib və hökumətin hesabatı məqbul hesab edilir.

Müzakirədən sonra hesabat səsə qoyularaq qəbul olunub.

***

saat 12.02

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçirilir. APA-nın məlumatına görə, iclası sədr Oqtay Əsədov açıq elan edib.

İclasda Nazirlər Kabinetinin 2016-cı il üzrə fəaliyyəti haqqında hesabatı dinlənilir.

Hesabatı baş nazir Artur Rəsizadə təqdim edir.

İclasda Nazirlər kabinetinin üzvləri də iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR