Millət vəkili Novruz Aslanov İvanovka kəndində olub

Millət vəkili Novruz Aslanov İvanovka kəndində olub
# 17 mart 2017 10:06 (UTC +04:00)

Milli Məclisin deputatı Novruz Aslanov martın 16-da İsmayıllı rayonunun İvanovka kəndində seçicilərini qəbul edib.

Deputatın qərargahından APA-ya verilən məlumata görə, qəbula gələn sakinlər əsasən rus icmasının üzvləri və İvanovka kolxozunun işçiləri olub. Müraciətin əsas mövzusu kolxozun hazırkı vəziyyəti, qarşıda duran vəzifələr və üzləşdiyi problemlərlə bağlı olub. Novruz Aslanov belə bir nümunənin məhz Azərbaycanda qorunaraq saxlanıldığını və dövlətin bu kolxoza verdiyi dəstəkdən söhbət açıb. Sakinlər İvanovka kəndinə tez-tez gələrək onların problemləri ilə maraqlandığı üçün millət vəkilinə təşəkkür ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR