Millət vəkili: "Bankların bağlanması problemi həll etmir"

Millət vəkili: "Bankların bağlanması problemi həll etmir"
# 17 mart 2017 10:17 (UTC +04:00)

"Azərbaycanda bankların bağlanması və ya birləşdirilməsi problemin həlli yolu deyil". "APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən Plenar iclasında millət vəkili Elmira Axundova deyib.

O, bank faizlərinin yüksək olmasından şikayətlənib. "Banklar 29%-lə kredit verir. Bu sahədə təklif tələbdən çoxdur. Amma sahibkarlar risk edib bu kreditləri götürə bilmir. Bundan başqa, əhali bank kreditləri üzrə borclarını qaytara bilmir. Hesab edirəm ki, artıq bununla bağlı əməli tədbirlər görülməlidir", - deyə E.Axundova vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR