İlham Əliyev Mladen İvaniçi qəbul edib - YENİLƏNİB

İlham Əliyev Mladen İvaniçi qəbul edib - <span style="color: red;">YENİLƏNİB
# 17 mart 2017 11:40 (UTC +04:00)

Azərbaycan prezidenti Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniçi qəbul edib.

APA-nın məlumatına görə, görüşdə ikitərəfli münasibətlərimizin səviyyəsinin razılıq doğurduğu bildirilib, əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Azərbaycan ilə Bosniya və Herseqovina arasında turizm, səhiyyə, qarşılıqlı ticarət və digər sahələrdə əməkdaşlıq imkanları ilə bağlı məsələlər müzakirə olunub.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar ətrafında fikir mübadiləsi aparılıb.

*** 13.26

Prezident İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniçi qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR