Valeh Ələsgərov dəm qazından boğulmalara görə ev sahiblərini günahlandırıb

Valeh Ələsgərov dəm qazından boğulmalara görə ev sahiblərini günahlandırıb
# 17 mart 2017 10:49 (UTC +04:00)

“Dəm qazından zəhərlənmələrin olmaması üçün ev sahibləri diqqətli olmalıdırlar”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında MM sədrinin müavini Valeh Ələsgərov deyib.

Vitse-spiker, deputat Elmira Axundovanın son günlər dəm qazından baş verən faciələrin qarşısının alınması ilə əlaqədar hökumət qarşısında məsələ qaldırılması barədə təklifinə münasibət bildirərkən dəm qazından baş verən faciələrə səbəb kimi ev sahiblərinin məsuliyyətsizliyini göstərib.

MM sədrinin müavini deyib ki, ev sahibləri özləri diqqətli olmalıdırlar və kim istəyirsə, evində dəm qazını müəyyən edən cihazlar quraşdıra bilər: “Vaxtilə evlərdə odun da yandırılanda zəhərli qazın çıxması üçün baca olurdu. İndi zəhərlənmə halları ona görə baş verir ki, yaşayış evlərində həmin bacalar yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR