Gəncədə iki avtomobil toqquşub, ölən və xəsarət alan var - YENİLƏNİB

Gəncədə iki avtomobil toqquşub, ölən və xəsarət alan var - <span style="color: red;">YENİLƏNİB
# 17 mart 2017 13:41 (UTC +04:00)

Gəncədə “Kia” və “VAZ 2109” markalı avtomobillərin toqquşması nəticəsində Samux rayon sakini, 1987-ci il təvəllüdlü Tural Sadıqov aldığı xəsarətdən hadisə yerində ölüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Lətif Heydərov və Şəmkir rayon sakini, Veyisli Kənan Azad oğlu müxtəlif xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Məlumata əsasən, ölən şəxs avtomobillərdən biri ilə vurulub. Həmin avtomobil sonra başqa maşınla toqquşub.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

***

16.18

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi xəbərə görə, hadisə Nizami Gəncəvi prospektində qeydə alınıb. 2 avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR