® Çingiz Abdullayev CDB Bankda qonaq oldu

<font color=red>® </font> Çingiz Abdullayev CDB Bankda qonaq oldu
# 17 mart 2017 14:07 (UTC +04:00)

“Caspian Development Bank (CDB)”ın “Rəsmilər CDB Bank”da motivasiya və maarifləndirmə layihəsinin Mart ayı üçün nəzərdə tutulmuş qonağı məşhur detektiv yazıçısı və publisist Çingiz Abdullayev oldu. Görüşdə yazıçı həyatının və yaradıcılığının əsas istiqamətlərindən, maraqlı məqamlarından, illərlə qazandığı təcrübədən, əsərlərinin bədii xüsusiyyətlərindən söz açdı, insanda dünyagörüşün formalaşmasında, savadlı gənclərin yetişməsində xarici dil öyrənməyin və mütaliənin rolunu qeyd etdi.

Siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan olan, Çingiz Abdullayev bank əməkdaşlarını maraqlandıran sualları da cavablandırdı. Olduqca maraqlı, diskussiya şəraitində keçən görüşün sonunda fəxri qonağa CDB Bankın “Platinum” kartı hədiyyə edildi.

Qeyd edək ki, “Rəsmilər CDB Bank”da layihəsinin məqsədi ondan ibarətdir ki, ölkənin tanınmış siyasi-ictimai, elm və mədəniyyət xadimləri banka qonaq qismində dəvət olunur və bank əməkdaşları ilə “qalstuksuz” görüşlər keçirirək onlarla təcrübələrini bölüşür, bank sektorunun fəaliyyəti, inkişafı və s. mövzularda söhbətlər aparır. Bankın fəaliyyəti və kampaniyaları haqqında daha ətraflı məlumatı 1545 Məlumat Mərkəzinə zəng etməklə, www.cdbbank.az web-saytında, həmin saytda fəaliyyət göstərən "Onlayn yardım" xidmətinə müraciət etməklə əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR