“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklər təsdiqlənib

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklər təsdiqlənib
# 17 mart 2017 15:19 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun imzalayıb.

APA-nın məlumatına görə, qanuna aşağıdakı dəyişikliklər edilib:

1. 2-ci maddədə doqquzuncu - on beşinci bəndlər müvafiq olaraq on yeddinci - iyirmi üçüncü bəndlər hesab edilsin və aşağıdakı məzmunda doqquzuncu - on altıncı bəndlər əlavə edilib:

“internet informasiya ehtiyatı - internet şəbəkəsində yaradılan, informasiyanın yayılması üçün istifadə olunan, müraciət edilməsi üçün domen adına və sahibi tərəfindən müəyyənləşdirilmiş digər işarələnməyə malik olan informasiya ehtiyatı;

internet informasiya ehtiyatının sahibi - internet informasiya ehtiyatından istifadə edilməsi, o cümlədən burada informasiya yerləşdirilməsi qaydalarını sərbəst olaraq müəyyən edən, internet informasiya ehtiyatına sahiblik və istifadə hüquqlarına malik olan şəxs;

domen adı - internet şəbəkəsində yerləşdirilən informasiya ehtiyatına müraciətin təmin olunması üçün verilən unikal simvol düzülüşü;

domen adının sahibi - müqaviləyə əsasən domen adına müddətli sahiblik edən şəxs;

internet provayder - internet şəbəkəsinə telekommunikasiya vasitələri ilə qoşulmaq üçün texniki imkanı təmin edən təchizatçı;

host provayder - internet informasiya ehtiyatının istifadəsinin təmin edilməsi üçün öz informasiya sistemlərində yerləşdirilməsi xidmətini göstərən təchizatçı;

domen adlarının milli inzibatçısı - “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxs;

domen adlarının qeydiyyatçısı - domen adların milli inzibatçısı ilə bağlanılmış müqaviləyə əsasən “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domenlərin qeydiyyatı üzrə xidmət göstərən şəxs;”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR