Yəməndə məscidin atəşə tutulması nəticəsində 22 nəfər ölüb

Yəməndə məscidin atəşə tutulması nəticəsində 22 nəfər ölüb
# 17 mart 2017 17:09 (UTC +04:00)

Yəmənin Marib əyalətində naməlum silahlıların məscidi atəşə tutması nəticəsində 22 nəfər ölüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə hərbi bazanın yerləşdiyi ərazidə, cümə namazı zamanı baş verib.

Hələlik regionda fəaliyyət göstərən heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Qeyd edək ki, Yəməndə qiyamçı husilərlə hökumət tərəfdarları arasında silahlı toqquşmalar 2014-cü ildən davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR