Elmar Vəliyev MDB-nin nümayəndə heyəti ilə görüşüb

Elmar Vəliyev MDB-nin nümayəndə heyəti ilə görüşüb
# 17 mart 2017 18:06 (UTC +04:00)

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev MDB-nin nümayəndə heyəti ilə görüşüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər rəhbəri qonaqlara Gəncənin sosial-iqtisadi vəziyyəti, təhsil ocaqları, eləcə də mədəni həyatı barədə məlumat verib.

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə heyətinin həmsədri, Rusiya Federasiyası prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy rəhbərlik etdiyi nümayəndə heyəti adından səmimi qəbula görə icra başçısına minnətdarlıq bildirib. M.Şvidkoy deyib ki, Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı bir illiyə seçilir. Ötən il MDB-nin mədəniyyət paytaxtı Türkmənistanın Daşoğuz şəhəri olub. Artıq həmin titul Gəncə şəhərinə keçib və bununla bağlı tədbirlər planı təsdiqlənib. 2017-ci ildə Azərbaycanda hökumətlərarası mədəniyyət paytaxtı proqramının icrası həyata keçiriləcək. Görüşün yekununda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, sabah “Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı - 2017” beynəlxalq layihənin rəsmi açılışı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR