Nyu-Yorkda ABŞ məxfi xidmətinin noutbuku oğurlanıb

Nyu-Yorkda ABŞ məxfi xidmətinin noutbuku oğurlanıb
# 17 mart 2017 19:35 (UTC +04:00)

Nyu-Yorkda daxilində “Trump Tower” binası və ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun yazışması ilə əlaqədar araşdırmanın materialları olan noutbuk oğurlanıb.

APA-nın ABC-yə istinadən verdiyi xəbərə görə, noutbuk martın 16-da məxfi xidmət əməkdaşının avtomobilindən oğurlanıb.

Rəsmi orqanlar oğurlanma faktını təsdiqləyib. Hazırda cinayəti törədən şəxsin müəyyənləşdirilməsi və tutulması istiqamətində tədbirlər həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR