NATO Estoniyaya 130 hərbçi göndərib

NATO Estoniyaya 130 hərbçi göndərib
# 17 mart 2017 22:33 (UTC +04:00)

Estoniyaya NATO batalyonunda xidmət edəcək ilk 130 Böyük Britaniya hərbçisi gəlib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qarşılanma mərasimində Estoniyanın müdafiə naziri Marqus Tsaxkna iştirak edib.

Hərbçilər daimi dislokasiya yerinə, Tapa hərbi şəhərciyinə yola salınıblar. NATO batalyonun Estoniyadakı heyəti ümumilikdə 1200 nəfər təşkil edəcək.

Qeyd edək ki, ötən il NATO-ya üzv dövlətlərin liderləri Baltikyanı ölkələr və Polşada rotasiya əsasında dörd çoxmillətli tabor yaratmağa qərar verib. Qoşunlar rotasiya əsasında yerləşdirilir. Latviyaya Kanada, Litvaya Almaniya, Estoniyaya Böyük Britaniya, Polşaya isə ABŞ hərbçiləri göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR