İlham Əliyev Tunis prezidentini təbrik edib

İlham Əliyev Tunis prezidentini təbrik edib
# 18 mart 2017 07:31 (UTC +04:00)

Prezident İlham Əliyev Tunis prezidenti Beji Kaid əs-Sebsiyə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: "Tunis Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Tunis xalqına sülh və rifah arzulayıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR