MN və Hərbi Prokurorluğun məsul əməkdaşları cəbhədə yerləşən hərbi hissələrdə olublar

MN və Hərbi Prokurorluğun məsul əməkdaşları cəbhədə yerləşən hərbi hissələrdə olublar
# 18 mart 2017 10:15 (UTC +04:00)

Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun 2017-ci ilə dair birgə tədbirlər planına əsasən, hər iki qurumun məsul əməkdaşları Novruz bayramı ərəfəsində cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.

APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, onlar birlik, birləşmə və hərbi hissələrdə müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular, o cümlədən bilavasitə ön xətdə yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçiriblər.

Yerli icra strukturları, ictimaiyyətin nümayəndələri, rayon fəalları, veteranlar və valideynlərin də iştirakı ilə keçirilən tədbirlər şəxsi heyətə bayram sovqatlarının çatdırılması və konsert proqramları ilə yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR