Paris aeroportunda insident baş verib, uçuşlar dayandırılıb, aeroport boşaldılıb

Paris aeroportunda insident baş verib, uçuşlar dayandırılıb, aeroport boşaldılıb
# 18 mart 2017 10:40 (UTC +04:00)

Fransanın paytaxtı Parisdəki “Orli” hava limanında naməlum şəxs tərəfindən xidməti vəzifəsini yerinə yetirən hərbçiyə hücum olub.

APA-nın “Milliyət” qəzetinə istinadən verdiyi xəbərə görə, naməlum şəxs hərbçinin silahını almağa cəhd göstərib.

Polis naməlum şəxsi zərərsizləşdirib. “Orli” hava limanında uçuşlar dayandırılıb, aeroport boşaldılıb və giriş-çıxış qadağan olunub.

Polis tərəfindən hava limanında axtarış aparılır. Hadisənin terror olub-olmadığı araşdırılır.

Bundan başqa, Fransa Daxili İşlər Nazirliyi Parisin şimalında polis məntəqəsinə silahlı hücum barədə məlumat yayıb. Hücum nəticəsində üç polis əməkdaşı yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR