Goranboyda akkumulyator partlayıb, bir nəfər yanıq xəsarətləri alıb

Goranboyda akkumulyator partlayıb, bir nəfər yanıq xəsarətləri alıb
# 18 mart 2017 11:53 (UTC +04:00)

Goranboy sakini partlayış zamanı xəsarət alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Baxçakürd kənd sakini, 1970-ci il təvəllüdlü Namiq Nəzərov avtomobilinin akkumulyatorunu benzinlə yuyarkən partlayış baş verib.

Nəticədə N. Nəzərov əlin və üz nahiyəsinin 1 və 2-ci dərəcəli yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Vəziyyətinin normal olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR