Ucarda əlil intihar edib

Ucarda əlil intihar edib
# 18 mart 2017 15:34 (UTC +04:00)

Ucarda intihar hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında baş verib.


Rayon sakini, II qrup əlil 1964-ci il təvəllüdlü Ələmdar Hüseyn oğlu Bayramovun asılmış meyiti yaşadığı evin yaxınlığında yerləşən istifadəsiz çörəkbişirmə sexində aşkar olunub.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ucar rayon Şöbəsinə gətirilib.

Ə. Bayramov rayonda baytar həkimi kimi fəaliyyət göstəririb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR