Şəmkir sakini Tovuzda xəsarət alıb

Şəmkir sakini Tovuzda xəsarət alıb
# 18 mart 2017 23:55 (UTC +04:00)

Tovuza qonaq gələn Şəmkir rayon sakini xəsarət alıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir rayon sakini 1959-cu il təvəllüdlü Telman Məmməd oğlu Mehdiyev sifətin, boyunun və bazu nahiyənin çoxsaylı kəsilmiş yarası xəsarəti ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Məlumata görə, Şəmkir rayon sakini Tovuz rayonu Düz Çırdaxan kəndində yaşayan bacısının evinə qonaq gəlib.

Onun kənddə olan mağaza yaxınlığında xəsarət aldığı bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR