Vanda qar uçqunu baş verib

Vanda qar uçqunu baş verib
# 19 mart 2017 04:33 (UTC +04:00)

Türkiyənin Van bölgəsindəki Van-Çatak avtomobil yolunun 10-cu kilometrliyində iri qar uçqunu baş verib.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində şosedə nəqliyyatın hərəkəti dayanıb.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub. Yolun qardan təmizlənməsi və hərəkətin bərpası istiqamətində tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR