Almaniya prezidentinin səlahiyyəti Ştaynmayerə təhvil veriləcək

Almaniya prezidentinin səlahiyyəti Ştaynmayerə təhvil veriləcək
# 19 mart 2017 06:17 (UTC +04:00)

Bu gün Berlində Almaniya prezidentinin səlahiyyətinin təhvil verilməsi ilə bağlı simvolik mərasim təşkil ediləcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Almaniya prezidenti postu formal olaraq Yoahim Haukdan sabiq xarici işlər naziri Frank-Valter Ştaynmayerə keçəcək.

Mərasim simvolik xarakter daşıyır. Yeni prezident F. V. Ştaynmayer səlahiyyətlərinin icrasında martın 20-də başlayır. Andiçmə mərasimi isə martın 22-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR