Tovuzda üç minik avtomobili toqquşub, xəsarət alanlar var

Tovuzda üç minik avtomobili toqquşub, xəsarət alanlar var
# 19 mart 2017 06:27 (UTC +04:00)

Bu gün Tovuz şəhərində, Heydər Əliyev prospektində “VAZ 2106”, “VAZ2101” və “VAZ2105” markalı minik avtomobilləri toqquşub.

APA-nın Qərb bürosunun məlumatına görə, qəza Tovuzçay üzərindəki körpünün üzərində olub.

Qəzada xəsarət alan 9 nəfərdən 5 nəfər Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Hazırda faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR