Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışı davam edir

Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışı davam edir
# 19 mart 2017 11:11 (UTC +04:00)

Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışı davam edir.

APA-nın məlumatına görə, bu gün - turnirin sonuncu günündə müxtəlif hərəkətlər üzrə final yarışları keçirilir.

Bakının artıq ikinci ildir ev sahibliyi etdiyi dünya kubokunda 23 ölkədən 85 kişi və 35 qadın idmançı iştirak edir. Hazırkı Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında keçirilən yarışlarda kişi gimnastları 6, qadın gimnastları isə 4 dəst medal uğrunda mübarizə aparırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR