Tailand baş nazirinə qarşı sui-qəsdin qarşısı alınıb

Tailand baş nazirinə qarşı sui-qəsdin qarşısı alınıb
# 19 mart 2017 16:47 (UTC +04:00)

Tailand hüquq-mühafizə orqanları baş nazir, general Prayuta Çan-Oçaya qarşı planlaşdırılan sui-qəsdin qarşısını alındığı barədə məlumat yayıb.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, polis Diktaturaya Qarşı Demokratiya uğrunda Birləşmiş Cəbhənin liderlərinin birinin evində silah anbarı aşkarlayıb.

Anbarda onlarla silah və qumbara olub. Evin sahibi artıq bir neçə ildir ki, axtarışdadır. Olayla bağlı 9 nəfər saxlanılıb.

Qeyd edək ki, Tailandın hazırkı hökuməti 2014-cü ilin mayında hərbi çevriliş nəticəsində hakimiyyətə gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR