Parisdə nümayişçilərlə polis arasında toqquşma baş verib

Parisdə nümayişçilərlə polis arasında toqquşma baş verib
# 19 mart 2017 21:18 (UTC +04:00)

Parisdə nümayişçilərlə polis arasında toqquşma baş verib.

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər saxlanılıb, 2 polis əməkdaşı yüngül xəsarət alıb.

Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Fransanın paytaxtında polis zorakılığına qarşı aksiyada 8 minədək insan iştirak edib.

Xatırladaq ki, fevralın 2-də Parisdə qaradərili gənc sənədlərin yoxlanılması zamanı polis zorakılığına məruz qalaraq xəstəxanaya yerləşdirilib. Hadisə Fransada kütləvi etirazlara səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR