Avropa Komissiyası:Türkiyə ilə miqrasiya razılaşmasına alternativ yoxdur

Avropa Komissiyası:Türkiyə ilə miqrasiya razılaşmasına alternativ yoxdur
# 20 mart 2017 13:28 (UTC +04:00)

Avropa Komissiyası Avropa İttifaqı ilə Türkiyə arasındakı miqrasiya sazişinə real alternativ görmür.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Marqaritis Sxinas bildirib.

M. Sxinas deyib ki, sazişin reallaşdırılmasında çətinliklər ortaya çıxsa da, Avropa İttifaqı və Türkiyə arasında saziş vəziyyəti dəyişib və insan alverçilərinin öz maraqları üçün yaratdığı sərt sistemi dağıtmağa şərait yaradıb: “Biz sazişin tənqid edilməsi ilə bağlı çoxlu fikirlər eşidirik, ancaq heç kim bu sayda insanın xilas edilməsinə səbəb olacaq real alternativ təqdim etmir. Sazişi yerinə yetirmək isə əvvəlki kimi çətindir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR