Ermənistanı tərk edən 22 min nəfər Rusiya vətəndaşlığı alıb

Ermənistanı tərk edən 22 min nəfər Rusiya vətəndaşlığı alıb
# 20 mart 2017 14:31 (UTC +04:00)

Keçən il Ermənistan vətəndaşı olan 22 min 264 nəfər Rusiya vətəndaşlığı alıb.

APA-nın “panarmenian.net” saytına istinadən verdiyi məlumata görə, bu, Rusiya Daxili İşlər Nazirliyinin açıqladığı məlumatda yer alıb.

Rusiya vətəndaşlığı alan Ermənistan vətəndaşlarının sayı 2015-ci ildə isə 18 min 653 nəfər olub.

Qeyd edək ki, 2016-cı ildə Ukrayna vətəndaşı olan 100 min 696 nəfər, Qazaxıstan vətəndaşı olan 37 min 837 nəfər , Özbəkistan vətəndaşı olan 23 min 216 nəfər Rusiya vətəndaşlığı alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR