Сənubi Sudanda təyyarənin qəzaya uğraması nəticəsində yaralananların sayı 37-yə çatıb- YENİLƏNİB-1

Сənubi Sudanda təyyarənin qəzaya uğraması nəticəsində yaralananların sayı 37-yə çatıb- <span style="color: red;">YENİLƏNİB-1
# 20 mart 2017 21:16 (UTC +04:00)

Сənubi Sudanda təyyarənin qəzaya uğraması nəticəsində yaralananların sayı 37-yə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 14 nəfərin yaralandığı bildirilirdi. Yaralıların həyatlarına təhlükə olmadığı bildirilir.

“South Supreme Airlines” aviaşirkətinə məxsus, daxili uçuş həyata keçirən An-26 sərnişin təyyarəsi ötən gün havaya qalxdıqdan sonra yerə çırpılıb və yanıb. Təyyarənin göyərtəsində 44 sərnişin olub. Ekipaj üzvlərinin və xilasedicilərin vaxtında müdaxiləsi nəticəsində sərnişinlər təxliyə olunublar, təyyarədə olanların hamısı sağ qalıb. Qəzanın səbəbləri araşdırılır.

***

20:41

Cənubi Sudanda qəzaya uğrayan təyyarədə olanların hamısı sağ qalıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, ekipaj üzvlərinin və xilasedicilərin vaxtında müdaxiləsi nəticəsində sərnişinlər təxliyə olunublar, hava gəmisinin yanan hissəsi söndürülüb.

Qəza nəticəsində 14 nəfər xəsarət alıb. Təyyarənin “South Supreme Airlines” aviaşirkətinə məxsus olduğu bildirilir. Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir.

***

18:14

Cənubi Sudanda sərnişin təyyarəsi qəzaya uğrayıb.

APA-nın məlumatına görə, bu barədə “Airlive” portalı məlumat yayıb.

Təyyarə Vau aeroportunda yerə çırpılıb. Təyyarənin göyərtəsində 44 sərnişin olub. Təyyarədə olanların hamısının öldüyü ehtimal edilir. Qəza ilə bağlı digər təfərrüatlar barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR