Ukrayna və NATO Qara dənizdə birgə hərbi təlimlər keçirir

Ukrayna və NATO Qara dənizdə birgə hərbi təlimlər keçirir
# 20 mart 2017 20:26 (UTC +04:00)

Qara dənizdə NATO üzvü olan 4 ölkə ilə Ukrayna birgə hərbi təlimlərə başlayıblar.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, təlimlərə Ukrayna Hərbi Dəniz Qüvvələrinin “Qeniçesk” tral gəmisi və NATO-nun mina əleyhinə daimi gəmilər qrupu cəlb edilib.

Martın 17-də Polşa, İspaniya, Almaniya və Türkiyə hərbi gəmiləri təlimlərdə iştirak etmək üçün Odessaya gəliblər.

Qeyd edək ki, martın 20-də Rusiya Qara Dənizdə və Krımda irimiqyaslı hərbi təlimlərə başladığını elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR