ABŞ prezidenti və İraqın baş naziri İŞİD-lə mübarizəni müzakirə ediblər

ABŞ prezidenti və İraqın baş naziri İŞİD-lə mübarizəni müzakirə ediblər
# 20 mart 2017 22:25 (UTC +04:00)

ABŞ qoşunlarını 2011-ci ildə İraqdan çıxarmamalı idi.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İraqın baş naziri Heydər əl-Abadi ilə görüşdən sonra ABŞ prezidenti Donald Tramp bəyan edib.

“Əlbətdə, biz o zaman İraqı tərk etməməli idik. Boşluq yarandı, sonra nə baş verdiyini biz bu gün müzakirə etdik. Biz İŞİD-dən qurtulacağıq. Bu artıq baş verir. Hətta son 5-6 həftə ərzində çox şey dəyişilib”, deyə D.Tramp bildirib.

Bundan əvvəl ABŞ prezidentinin mətbuat katibi Şon Spayser “Tvitterdə” Trampla əl-Abadi arasında görüşün baş tutduğunu yazıb: “Danışıqlarda İŞİD-lə mübarizə məsələləri müzakirə edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR