Novruzda Trabzonu ziyarət edən azərbaycanlı turistlərin sayı açıqlanıb

Novruzda Trabzonu ziyarət edən azərbaycanlı turistlərin sayı açıqlanıb
# 31 mart 2017 11:46 (UTC +04:00)

Novruz tətilində Türkiyənin Trabzon şəhərini 2-3 min azərbaycanlı və iranlı turist ziyarət edib. "APA-Economics" xəbər verir ki, bunu Trabzon Mədəniyyət və Turizm İdarəsinin müdiri Ali Ayvazoğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycan və İrandan gələn turistlərin diqqətini daha çox Uzungöl və Ayder dərəsi çəkib. "Turistlərin əksəriyyəti Trabzona Gürcüstan üzərindən avtomobillə gəlib. Onların diqqətini daha çox Uzungöl və Ayder dərəsi çəkib. Təbii ki, tarixi məkanlar da diqqətdən kənarda qalmayıb. Təbii ki, azərbaycanlı və iranlı turistlərin Trabzona səfər etməsi turizmin inkişafını canlandırır. Otellərdə boş yer yox idi. Buna görə də bölgəmizin turizm potensialını daha da tanıtmaq üçün əlimizdən gələni edəcəyik. ", - deyə o bildirib.

O əlavə edib ki, rəhbərlik etdiyi qurum azərbaycanlı turistlərin cəlbi üçün Azərbaycanda keçiriləcək sərgilərdə iştirak etmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR