Şərif Ağayarın "Arzulardan sonrakı şəhər” romanı çap olunub

Şərif Ağayarın "Arzulardan sonrakı şəhər” romanı çap olunub
# 03 aprel 2017 16:38 (UTC +04:00)

Yazıçı Şərif Ağayarın yeni romanı işıq üzü görüb. APA-nın məlumatına görə, “Arzulardan sonrakı şəhər” adlı roman “Qanun” nəşriyyatında çap olunub.

Kitabın redaktorları Etimad Başkeçid və Hədiyyə Şəfaqətdir. “Arzulardan sonrakı şəhər” azadlıq və müharibə mövzusundadır.

Müəllif bu romanı öz yaradıcılığında yeni mərhələ hesab etdiyini və oxucuların marağına səbəb olacağını bildirib.

“Arzulardan sonrakı şəhər” Şərif Ağayarın sayca üçüncü romanıdır. Bundan əvvəl müəllifin “Haramı” və “Gülüstan” romanları, eyni zamanda bir neçə şeir və hekayələr kitabı işıq üzü görüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR