Misirdə kilsədə partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb - YENİLƏNİB-3

Misirdə kilsədə partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB-3
# 09 aprel 2017 12:07 (UTC +04:00)

Bu gün Misirin Tanta şəhərində kilsədə partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə “Al-Mayadin” telekanalı məlumat yayıb.

Bundan əvvəl 25 nəfərin öldüyü, 50 nəfərin yaralandığı açıqlanıb.

Qeyd edək ki, bu gün səhər Misirin Tanta şəhərində kilsənin ibadət zalında partlayış törədilib. İlkin məlumata görə, partlayışı terrorçu-kamikadze törədib. Daha sonra Misir Daxili İşlər Nazirliyinin təlim mərkəzi yaxınlığında partlayış olub. Misir KİV-ləri partlayış nəticəsində 1 polisin öldüyü barədə məlumat yayıb.

***

saat 13.24

Misirin Tanta şəhərində kilsədə törədilən partlayış nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə “Rassad” portalı Misir Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

İlkin məlumata görə, partlayıcı qurğu kilsədə ibadət zalına qoyulub. Bu partlayışdan az sonra Misir Daxili İşlər Nazirliyinin şəhərdəki təlim mərkəzi yaxınlığında da partlayış törədilib.

***

saat 12.40

Bu gün Misirin Tanta şəhərində iki partlayış törədilib.

APA-nın məlumatına görə, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Partlayışlardan biri Maar-Qirqis kilsəsinin qarşısındakı meydanda, digər isə kilsəsinin içərisində törədilib.

İlkin məlumatda 5 nəfərin öldüyü, 42 nəfərin yaralandığı bildirilsə də, ən azı 16 nəfərin öldüyü məlum olub.

Telekanalın məlumatına görə, ikinci partlayış Misir Daxili İşlər Nazirliyinin təlim mərkəzi yaxınlığında törədilib.

***

saat 12.22

Misirin Tanta şəhərində Mar-Qirqis kilsəsi yaxınlığında partlayış törədilib.

APA-nın məlumatına görə, “Al Arabiya” partlayış nəticəsində ən azı 5 nəfərin öldüyü, 42 nəfərin yaralandığı barədə məlumat yayıb.

Misir hakimiyyəti olayla bağlı hələ rəsmi məlumat yaymayıb. Kilsəyə gələn yollar polis tərəfindən bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR