Misirdə üç günlük matəm elan olunub

Misirdə üç günlük matəm elan olunub
# 09 aprel 2017 18:05 (UTC +04:00)

Misir hökuməti Tanta və İsgəndəriyyə şəhərlərində törədilən terror aktları ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadzelərin törətdikləri partlayışlar nəticəsində 46 nəfər ölüb, 100-dən çoxu yaralanıb.

Son məlumatlara əsasən, Tanta şəhərində kilsədə törədilən partlayışda 30 nəfər, İsgəndəriyyədə kilsədə törədilən partlayışda isə 16 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR